Serbiya ABŞ-la birgə hərbi TƏLİM KEÇƏCƏK
5 Aprel 2023 20:17 DünyaSerbiya iyunun ortalarında ABŞ və 10 tərəfdaş ölkə ilə birgə hərbi təlim keçirəcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Miloş Vuçeviç deyib.
Nazir ABŞ və NATO üzvü olan digər müttəfiqlərinin iştirakı ilə keçiriləcək "Platinum Wolf" adlı təlimin hər hansı üstüörtülü mesaj olmadığını və Serbiyanın hərbi neytrallığını qoruduğunu bildirib.
M.Vuçeviç qeyd edib ki, bu, Serbiya torpaqlarında ən böyük beynəlxalq hərbi təlim olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31