"Ukraynanın sərhəd və ərazi bütövlüyü üçün səylərimizi davam etdirəcəyik”
5 Aprel 2023 18:55 DünyaRusiya və Ukrayna arasında sülh danışıqlarını bərpa etmək istəyirik.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Türkiyə tərəflərin yaxın aylarda ciddi hücuma hazırlaşdığını görür. Bununla belə, həm Ukrayna, həm də Rusiya danışıqlara qayıtmalıdır. Ən qısa zamanda danışıqlar masası arxasına oturmaq üçün Ukraynanın sərhəd və ərazi bütövlüyünü təmin edərək sülh əldə etmək üçün səylərimizi davam etdirəcəyik", - Çavuşoğlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31