ABŞ-la Rusiya qarşıdurmanın ən qaynar mərhələsindədir - ÖZƏL
5 Aprel 2023 15:53 Dünya"Rusiya ABŞ-la münaqişənin ən qaynar mərhələsindədir". "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O deyib ki, iki ölkə arasında münasibətlərin kifayət qədər gərgindir: "Hazırda ABŞ ilə qarşıdurmanın ən qaynar mərhələsindəyik. Bu dövlətin müxtəlif aspektlərdə Rusiya ilə birbaşa hibrid müharibəsində iştirak etdiyini müşahidə edirik".
Bu müharibənin bəzi formalarının misilsiz olduğuna diqqət çəkən Ryabkov, onların hətta soyuq müharibə dövründə belə olmadığını vurğulayıb. Ryabkov, rəqiblərinin Rusiyanı strateji məğlubiyyətə uğratmaq imkanlarına mümkünsüz olduğunu bildirərək "Bu, sözün əsl mənasında odla oyundur" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31