İran 7 ildən sonra BƏƏ-yə səfir təyin edib - ÖZƏL
5 Aprel 2023 15:20 DünyaOlaylar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyi Rza Əmirini Əbu-Dabiyə səfir təyin edib.
Qeyd olunub ki, Amiri tezliklə yeni işinə başlamaq üçün Əbu-Dabiyə gedəcək.
Xarici İşlər Nazirliyinin xaricdəki iranlıların baş direktoru Rza Əmiri bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsində çalışıb.
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər "terrorçuluq" ittihamı ilə edam edilib. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılıb.
Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və Tehran səfiri vəzifəsində çalışmış Seyf Məhəmməd Ubeyd əz-Zəbini ölkəsinə geri çağırıb.
İki ölkə arasında aparılan danışıqlar nəticəsində 2016-cı ildə BƏƏ-nin Tehrandakı səfiri olarkən ölkəsinə geri çağırılan Seyf Məhəmməd Ubeyd əz-Zəabi 2022-ci il sentyabrın 9-da İrana gəlib.