Nəhəng körpü uçdu, ölən və xəsarət alan var - ÖZƏL
5 Aprel 2023 12:10 DünyaCənubi Koreyanın paytaxtı Seul şəhəri yaxınlığında nəhəng körpü çöküb. "OLAYLAR" haber7.com-a istinadən bildirir ki, körpünün kənar hissəsini əhatə edən qoruyucu barmaqlıqlar və piyada səkisi olan hissəsi naməlum səbəbdən dağılaraq çay kənarındakı gəzinti zolağına düşüb.
Hələkik çökmənin nədən baş verdiyi bilinməsə də, ekspertlər körpünün divarlarının sel sularından zədə gördüyünü ehtimal edirlər.
Məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31