ABŞ Ukraynaya daha çox yardım göstərməklə münaqişəni genişləndirmək istəyini bir daha təsdiqləyir - ÖZƏL
5 Aprel 2023 11:54 Dünya"Vaşinqton administrasiyası Ukraynaya daha çox hərbi yardım göstərməklə, ikiüzlü mövqeyini və münaqişəni genişləndirmək əzmini bir daha təsdiqləyir".
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın ABŞ-dakı səfirliyinin dərc etdiyi bəyanatda deyilir. "Vaşinqton ikiüzlü mövqeyini bir daha təsdiqlədi. Amerikalılar Ukraynadakı münaqişəni mümkün qədər uzun müddətə uzatmaq niyyətindədirlər. Kiyevə silah tədarükü qərarı Ukrayna böhranının gərginləşməsinə və mülki əhalinin itkilərinin sayının artmasına doğru bir addımdır", - diplomatik missiya bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31