Güclü qar Qərbi Balkan ölkələrini İFLİC EDİB

Qərbi Balkan regionu ölkələrində yağan güclü qar ictimai və şəhərlərarası nəqliyyatda problemlərə, eləcə də yolların bağlanmasına səbəb olub.

Olaylar.az xəbər verir ki, əlverişsiz hava şəraiti Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun nəqliyyat sistemində problemlər yaradıb.

Serbiyada qar və güclü külək paytaxt Belqradda nəqliyyatı iflic edib, şəhərlərarası yolların bağlanmasına səbəb olub. Yüzlərlə evə və iş yerinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Monteneqroda güclü külək səbəbindən Adriatik dənizi sahili boyunca əksər bərə xətlərinin hərəkəti dayandırılıb. Paytaxt Podqoritsa aeroportunda əksər reyslər təxirə salınıb.

Regionda qarlı hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31