Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi arasında görüş olub
4 Aprel 2023 20:00 DünyaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Tviterdə paylaşım edib.
Çavuşoğlu Blinkenlə Türkiyə-ABŞ münasibətlərini müzakirə etdiklərini bildirib.
Türkiyə XİN başçısı Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədi ABŞ tərəfinə təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31