NATO Finlandiyaya əsgər göndərəcək?- ÖZƏL
4 Aprel 2023 15:10 DünyaOlaylar.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv olacaq Finlandiyaya NATO qoşunlarının yerləşdirilib-yerləşdirilməməsinin bu ölkənin qərarından asılı olduğunu və Finlandiya rəsmiləri ilə danışıqlarda bu məsələnin hələ müzakirə edilmədiyini bildirib. Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlama verib. Alyansın yaranmasının 74-cü ildönümü və Finlandiyanın NATO-ya 31-ci üzvlüyü ilə əlaqədar bu günün tarixi xüsusiyyətinə diqqət çəkən Stoltenberq görüşün Rusiyanın qətiyyətlə müharibəni davam etdirdiyi kritik bir zamanda keçirildiyini bildirib. Stoltenberq bildirib ki, nazirlər görüşdə Ukraynanın NATO standartlarına uyğun avadanlıqlara malik olması ilə bağlı daha uzunmüddətli tələblərin planlaşdırılması, eləcə də onun təcili ehtiyacları ilə bağlı məsələləri müzakirə edəcəklər. Görüşdə Yaxın Şərq və Şimali Afrikadakı təhlükəsizlik problemlərinin müzakirə ediləcəyini bildirən Stoltenberq, Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya kimi Asiya Sakit Okean bölgəsindəki tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də müzakirə edəcəklərini bildirib.