ABŞ “Şimal axını”nın təxribatı ilə bağlı həqiqətin ictimailəşməsini istəmir – ÖZƏL
4 Aprel 2023 15:10 Dünya"Ağ Ev "Şimal axını" partlayışları ilə bağlı həqiqəti ictimaiyyətə çatdırmaqda maraqlı deyil".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib. "Son həftələrdə baş verən hadisələr, o cümlədən yerli mediada çoxsaylı anonim dezinformasiya cəhdləri bir daha təsdiqləyir ki, Ağ Ev bu təxribat aktının təşəbbüskarları və icraçıları haqqında ictimaiyyətə xoşagəlməz həqiqəti çatdırmaqda maraqlı deyil", - diplomatlar qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31