İsrail İrana məxsus bazaları vurdu

Aprelin 3-dən 4-ə keçən gecə İsrail Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən hərbi bazaya raket zərbələri endirib.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Monitoriq Qrupu məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində İrana bağlı silahlı qruplaşmanın bir neçə üzvü həlak olub.

Bununla yanaşı, Dəməşq beynəlxalq hava limanı yaxınlığında bir bölgənin və Seyidə Zeynəb bölgəsində İrana məxsus mərkəzin də raket hücumlarına məruz qaldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31