Həkim uşağı bədbəxt etdi - Səhvən sağlam orqanı kəsdi

Buryatiya Respublikasında uşaq sol xayanın damcısı diaqnozu ilə əlaqədar planlı əməliyyat keçirmək üçün Nijneanqarsk Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Kiçik qızın Nihat Hatipoğluna verdiyi sual ürəkləri parçaladı – VİDEO

Olaylar.az xəbər verir ki, bu barədə "Baikal Daily" yazır.

Amma uşaq reanimasiyadan gətirildikdən sonra məlum olub ki, əməliyyat orqanın sağlam hissəsində aparılıb. Uşağın anası bildirib ki, onlar 2 dəfə cərrahla məsləhətləşiblər. Nəticədə həkimlər cərrahi müdaxiləyə qərar veriblər.

Əməliyyatdan sonra cərrah vəziyyətin necə olduğu ilə bağlı sual verən uşağın qohumlarına cavab verib ki, o, şişkinlik görməyib.

"Eybi yoxdur, yayda şiş tərəfini əməliyyat edərik".

Valideyni bundan olduqca qəzəblənib: "Belə çıxır ki, o əməliyyat etdiyini göstərmək üçün sadəcə narkoz verib və kəsib?"

Buryatiyanın Səhiyyə Nazirliyi hadisə ilə bağlı məlumatı təsdiqləyib. Cərrah xüsusi komissiya tərəfindən yoxlanılır. Bildirilir ki, həkim sertfikatdan məhrum ediləcək və işdən çıxarılacaq. 

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31