Veto hüququnun pozulması ideyaları qəbuledilməzdir - ÖZƏL
4 Aprel 2023 11:25 Dünya"Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun pozulması ilə bağlı istənilən ideyanı qəbuledilməz hesab edir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Dina Gilmutdinova bildirib. "Təhlükəsizlik Şurasının hazırkı daimi üzvlərinin, o cümlədən veto institutunun səlahiyyətlərinin pozulmasına səbəb olan hər hansı fikirlər bizim üçün qəbuledilməz olaraq qalır. Nəzərə almaq lazımdır ki, bu institut Şura üzvlərini daha balanslı qərarlar axtarmağa stimullaşdıran mühüm amildir" - diplomat qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31