Ukrayna 12 vətəndaşını əsirlikdən AZAD ETDİ
3 Aprel 2023 21:31 DünyaBu gün Ukrayna Rusiya əsirliyində olan daha 12 vətəndaşını geri qaytarıb. Onların arasında 10 hərbçi və 2 mülki vətəndaş var.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
"On müdafiəçi əsgər və çavuş heyətinə aiddir. Onlar xüsusən, Baxmut, Donetsk vilayətinin Opıtnoe və Orexovo-Vasilyevka kəndləri, Luqansk vilayətinin Kremennoy və Krasnopopovka yaşayış məntəqələrinin yaxınlığında gedən döyüşlərdə əsir götürülüb", - məlumatda bildirilib.
Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından sonra artıq 2005 ukraynalı əsirlikdən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31