Ukrayna ətrafında nüvə ritorikası təhlükəlidir - ÖZƏL
3 Aprel 2023 16:23 Dünya"Ukrayna ətrafında nüvə müzakirəsi son dərəcə təhlükəlidir, çünki bu, nüvə müharibəsinə gətirib çıxara bilər".
Olaylar.az xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Szijjarto bildirib.
"Hərbi eskalasiya riski Ukraynada indi həmişəkindən daha böyükdür. Nüvə imkanlarını açıq şəkildə qeyd etmək sadəcə təhlükəlidir", - xarici işlər naziri deyib. O qeyd edib ki, nüvə silahından istifadə ilə bağlı münaqişə Ukraynadakı hadisələrə görə baş verərsə, bu, Avropada baş verəcək. Məhz buna görə də Macarıstan münaqişə tərəflərini atəşi dayandırmağa və sülh danışıqlarına başlamağa çağırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31