İranda mübahisəli qərar: Hicab taxmayanlar üçün təhsil yoxdur- ÖZƏL
3 Aprel 2023 16:09 DünyaOlaylar.az xəbər verir ki, İranda universitet və orta məktəblərdə məcburi hicab qaydalarına əməl etməyən tələbələr təhsil ala bilməyəcək. İran mediası xəbər verir ki, ali təhsil müəssisələrinin tabe olduğu Elm, Araşdırma və Texnologiya Nazirliyi və Milli Təhsil Nazirliyi mövzu ilə bağlı ayrı-ayrılıqda açıqlama yayıb. Hər iki nazirliyin açıqlamasında örtünmə qanununa əməl etməyən tələbələrin təhsildən yararlana bilməyəcəkləri bildirilib. Ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsindən sonra ölkə daxilində etirazlar başlayıb. Aksiyalar zamanı 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri yenidən gündəmə gəlib. Təxminən 4 aya yaxın davam edən nümayişlərdən sonra bəzi şəhərlərdə qadınların məcburi hicab qaydalarına əməl etməməsi ilə bağlı tənqidlər səslənir. Sosial mediada ölkədə bəzi qadınların küçələrdə və iş yerlərində hicabsız gəzdiyi görünərkən, son zamanlar bu vəziyyətdən narahat olan rejim tərəfdarları mühafizəkarlar bu vəziyyətə reaksiya verir və onlara çağırışlar edir.