Kafedə partlayış törədənlər çaxnaşma salmaq cəhdində uğursuz olacaqlar - ÖZƏL
3 Aprel 2023 15:58 Dünya"Sankt-Peterburqda kafedə hərbi bloqer Vladlen Tatarskinin ölümü ilə nəticələnən partlayışın səbəbkarları əhali arasında panika yaratmağa çalışsalar da, buna nail ola bilməyəcəklər".
Olaylar.az xəbər verir ki, bunu şəhərin qubernatoru Aleksandr Beqlov bildirib.
"Şəhərimizdə faciə baş verib. Müharibə müxbiri Vladlen Tatarski qeyri-insani, dəhşətli cinayət nəticəsində həlak olub. Onunla görüşə gələnlərin çoxu yaralanıb. Faciə Sankt-Peterburq metrosunda terror aktının ildönümü ərəfəsində baş verib. O vaxt da, indi də cinayətkarlar cəmiyyətimizə qorxu səpməyə çalışırdılar. Amma heç nəyə nail ola bilməyəcəklər! Rusiya güclü insanlar ölkəsidir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31