“Rusiyada bəzi yüksək vəzifəli məmurların xarici pasportları əllərindən alınır”- “The Financial Times”
3 Aprel 2023 15:35 Dünya"Rusiya təhlükəsizlik xidmətləri ölkədən qaçışın və məlumat sızmasının qarşısını almaq üçün bəzi yüksək vəzifəli məmurların və dövlət şirkətlərinin menecerlərinin xarici pasportlarını müsadirə edir".
Olaylar.az xəbər verir ki, bu barədə "The Financial Times" məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov etiraf edib ki, bəzi şəxslərin xaricə səyahətinə məhdudiyyətlər sərtləşdirilib. Onun sözlərinə görə, bu, həssas sahələrdə işləyənlərə aiddir.
"Xüsusi hərbi əməliyyat başlayandan bu məsələyə diqqət artıb. Xaricə səyahət icazəsi ilə bağlı qərar işin sahəsindən və strukturundan asılıdır", - Peskov bildirib.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31