İsrail: Suriyadan göndərilən “uçan obyekt” məhv edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail ordusu Suriyadan gələn naməlum uçan obyektin məhv edildiyini açıqlayıb. Ordudan edilən yazılı açıqlamada, Suriyadan İsrail hava sahəsinə girdiyi təsbit edilən "naməlum uçan obyektin" ardınca hava qüvvələrinin hava müşahidə bölməsinin izləndiyi bildirilib. Açıqlamada, bundan sonra döyüş təyyarələri və helikopterlərin havaya qalxması əmri verildiyi, uçan obyektin açıq sahəyə atıldığı qeyd edilib. Əsəd rejimi martın 31-də Dəməşqin bəzi məntəqələrinin İsrail tərəfindən hədəf alındığını açıqlayıb. Hücum zamanı İnqilab Keşikçiləri Ordusunun üzvləri mayor Milad Haydari və kapitan Mikdad Mehkaninin həyatını itirdiyi bildirilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib ki, ölkəsi "lazımi vaxt və yerdə cavab vermək hüququnu özündə saxlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31