Makron və Ursula fon der Lyayen arasında GÖRÜŞ OLACAQ

Fransa prezidenti Emmanuel Makron gələn həftə Çinə birgə səfərə hazırlıq məqsədilə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayeni aprelin 3-də Parisdə qəbul edəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib.

"Respublika Prezidenti aprelin 3-də Yelisey sarayında Avropa Komissiyasının sədri ilə görüşəcək. Bu görüş aprelin 5-dən 8-dək Çinə baş tutacaq dövlət səfərinə hazırlıq çərçivəsində keçiriləcək", - deyə E.Makronun administrasiyasından bildirilib.

Qeyd edilib ki, Ursula fon der Lyayen və Emmanuel Makron Çin prezidenti Si Cinpinlə üçtərəfli görüşdə iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31