Təl-Əviv şəhərində ETİRAZ AKSİYASI

Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatları ilə bağlı layihəni ən azı yaya qədər təxirə salmasına baxmayaraq, İsrailin Təl-Əviv şəhərində yenidən kütləvi etiraz aksiyaları keçirilib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayiş təşkilatçıları bildirirlər ki, aksiyanı davam etdirmələrinin səbəbi Netanyahu və onun kabineti üzvlərinin məhkəmə-hüquq islahatları ilə bağlı kompromis tapmaq üçün fasilə verilməsi haqda bəyanatlarına inanmırlar. Müxalifətin fikrincə, hakim koalisiya yalnız vaxt udmağa və etiraz dalğasını aşağı salmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31