Kuleba BMT-ni TƏNQİD ETDİ
1 Aprel 2023 18:34 DünyaRusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq ictimaiyyətin üzünə vurulan şillədir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitterdə yazıb.
"Mən BMT TŞ-nin hazırkı üzvlərini Rusiyanın öz prezidentliyindən sui-istifadə etmək cəhdlərinin qarşısını almağa çağırıram", - Kuleba vurğulayıb.
Qeyd edək ki, bu gün BMT TŞ-yə sədrlik Rusiyaya keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31