Sərhədin açıldığına inanan immiqrantlar ABŞ sərhədinə axışıb - ÖZƏL
1 Aprel 2023 13:45 DünyaOlaylar.az xəbər verir ki, Meksika sərhədindən ABŞ-a daxil olmaq istəyən immiqrantların uşaqları və heyvanlarını sərhədi ayıran çayın üzərinə atdıqları görülüb. Çərşənbə axşamı Texas ştatının El Paso şəhərində baş verən hadisədə əksəriyyəti Venesuelalı olan ən azı 1000 immiqrant ABŞ sərhədinə axın edib. The New York Post (NYP) bu şəxslərin sosial mediada yayılan saxta xəbərlərə inanaraq sərhədə getdiyini yazıb. Buna uyğun olaraq Twitter və Facebook-da paylaşılan xəbərlərdə ABŞ Sərhəd Mühafizəsinə təslim olan immiqrantlara sığınacaq axtaran statusunun verilməsinə qərar verildiyi iddia edilib. Lakin ABŞ Gömrük və Sərhəd Mühafizəsi (USBP) rəsmiləri xəbərin doğru olmadığını və ölkəyə qanunsuz daxil olanların Meksikaya geri göndəriləcəyini bildirib. USBP Direktoru Raul Ortiz Twitter-dəki yazısında immiqrantları insan qaçaqmalçılarına və dezinformasiya xəbərlərinə inanmamağa çağıraraq, "Sərhədlər açıq deyil, bu təhlükəli səyahətə çıxmayın" deyib.