40 ildən sonra insanlar... - Dünya dəyişir
31 Mart 2023 22:39 DünyaAlimlər 2060-cı ilə qədər insan ömrünün artacağını proqnozlaşdırıblar.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, Corciya Universitetinin (ABŞ) alimləri statistik araşdırma apararaq insanların 122 ildən çox yaşaya biləcəyini müəyyən ediblər. Araşdırmanın nəticələri "PLOS ONE" jurnalında dərc olunub.
Məlumata görə, ən çox yaşayan insan 122 yaşında vəfat edən Janne Kalmandır.
Alimlər hesab edirlər ki, 2060-cı ilə qədər insanın ömrü 150 ilə qədər uzanacaq. Tədqiqatçılar 19 inkişaf etmiş ölkədə, o cümlədən Yaponiya, ABŞ, Avstraliya və digərlərində 50-100 yaş arası insanlar haqqında məlumatları təhlil edərək bu qənaətə gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31