Ukraynaya 2,4 milyard kredit AYRILDI
31 Mart 2023 21:41 DünyaUkrayna hökuməti Kanadadan güzəştli şərtlərlə 2,4 milyard Kanada dolları (1,8 milyard ABŞ dolları) kredit alıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna maliyyə naziri Sergey Marçenko deyib.
"Bu vəsait müharibə şəraitində olan Ukrayna vətəndaşlarını dəstəkləməyə və rus təcavüzkarı üzərində qələbəmizi yaxınlaşdırmağa kömək edəcək", - o deyib.
Əlavə kredit 10 il müddətinə verilir, faiz dərəcəsi illik 1,5% təşkil edir.
Qeyd edək ki, hələ dekabrda Kanada hökuməti Kiyevə 500 milyon dollar kredit ayırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31