Ukrayna Silahlı Qüvvələri sutka ərzində Rusiya ordusunun 30 hücumunu dəf edib, həmçinin iki zenit-raket kompleksini və radiolokasiya stansiyasını məhv edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya tərəfi yaşayış məntəqələrinə ballistik raketlər atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31