NATO da Tiktoka QADAĞA QOYDU

NATO təhlükəsizlik səbəbi ilə işçilərinə Tiktok sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə CNN NATO rəsmilərinə istinadən məlumat yayıb.

"Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələbləri var. Tiktok NATO-nun təqdim etdiyi cihazlarda mövcud deyil", - alyansın yüksək səviyyəli rəsmisi telekanala deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31