Tiflisdə "Ambasador" oteldə güclü yanğın başlayıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, yanğın otelin üst mərtəbələrindən birində qeydə alınıb.
Güclü yanğın şəhərin müxtəlif nöqtələrindən görünür.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.
***
Yanğın artıq söndürülüb.
İlkin məlumata görə, yanğın zamanı bina boşaldıldığından xəsarət alan olmayıb.