Əfqanıstanda məktəbə qumbara atılıb - ÖZƏL
31 Mart 2023 16:33 DünyaOlaylar.az xəbər verir ki, Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Kuştəpə rayonunda məktəbə əl qumbarasının atılması nəticəsində iki şagird həyatını itirib. Cüzcan Polis İdarəsinin sözçüsü Əbdül Səttar Həlimi mətbuata verdiyi açıqlamada, naməlum şəxsin Kuştəpə rayonundakı məktəbə əl qumbarası atdığını bildirib. Hücumda 2 şagirdin həyatını itirdiyini ifadə edən Halimi, 4 şagirdin yaralandığını bildirib. Hadisə şahidləri hücumun qızların təhsil aldığı ibtidai məktəbdə təşkil edildiyini iddia edib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31