İran Azərbaycana qarşı istənilən çirkin addımı atmağa hazırdır - ÖZƏL

"Son vaxtlar İrandan Azərbaycana yönəlik təhdid dolu açıqlamalar, bu ölkə ilə sərhəddə SEPAH-ın müntəzəm olaraq təlimlər keçməsi onu deməyə əsas verir ki, molla rejimi Azərbaycana qarşı istənilən çirkin addımı atmağa hazırdır". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında əksini tapıb. Analitik Qrupdan "OLAYLAR"-a bildirilib ki, ölkəmizə qarşı qurulan iyrənc ssenari İranın həm siyasi, həm də dini rəhbərliyi tərəfindən dəstəklənir: "Əks halda bu günə qədər İran rəsmiləri Azərbaycanla münasibətlərin normallaşmasına yönəlik addım atardılar. Əksinə, biz görürük ki, molla rejiminin susqunluğu fonunda cənubdan gələn təhdidlər daha da artır".
Analitik Qrup hesab edir ki, İsraildə Azərbaycan səfirliyinin rəsmi olaraq fəaliyyətə başlamasından sonra Tehranın təhdid və təzyiqləri bir qədər də artacaq: "Son aylarda bir-birinin ardınca paytaxt Bakıda baş verən silahlı insdentlər, ən son Milli Məclisin deputatı Fazil Mustafa qarşı həyata keçirilən sui-qəsdin izi də məhz İrana gedib çıxır".
Analitik Qrupdan bildirilib ki, İranın Azərbaycana qarşı istənilən yalnış addımı bu ölkə üçün ciddi fəsadlar yaradacaq və nəticə etibarilə uzun illərdir deyilən "İran viran olacaq" deyimi reallığa çevriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31