Macarıstan baş naziri: “Üçüncü dünya müharibəsi realdır”

Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı müharibənin narahatedici və təhlükəli olduğunu deyib. "OLAYLAR" Türkiyə mediasına istinadən bildirir ki, Orban Qərbin Ukraynaya daha müasir texnika göndərdiyini qeyd etməklə yanaşı, bunun daha çox insan itkisinə gətirib çıxardığını da vurğulayıb. 

Macarıstan baş naziri "Avropa və ABŞ liderlərinin bəzilərinin işlər belə davam edərsə, Üçüncü Dünya Müharibəsinin olacağı ilə bağlı bəyanatlar şişirtmə yox, real ola bilər" deyə vurğulayıb.

Macarıstanın baş naziri əlavə edib ki, müharibə getdikcə daha qanlı və amansız xarakter alır. Buna rəğmən sülhü dəstəkləyən Avropa ölkələrinin və liderlərinin sayı artmır: "Biz sülh və atəşkəs tələb edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31