Finlandiya NATO-ya ən tez qəbul edilən ölkələrdən oldu - ÖZƏL
31 Mart 2023 14:38 DünyaBütün müttəfiqlər tərəfindən NATO-ya 31-ci üzv kimi daxil olmaq üçün təsdiqlənən Finlandiyanın üzvlük prosesi alyansın 74 illik tarixində ən sürətlə inkişaf edən üzvlük proseslərindən biridir. "OLAYLAR"-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, Hərbi Alyans rəhbərliyi belə bir açıqlama ilə çıxış edib.
Açıqlamada qeyd edilir: "Finlandiya Soyuq Müharibədən bəri bir çox NATO missiyalarına töhfə verib və 1994-cü ildən "tərəfdaş ölkə" kimi bir çox məsələlərdə NATO ilə əməkdaşlıq edib, lakin keçən ilə qədər NATO-ya daxil olmaq niyyətini bəyan etməmişdi".
Qeyd edək ki, Finlandiya hökuməti Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra Avropada təhlükəsizlik arxitekturasının dəyişdiyini əsas gətirərək, ölkənin illərdir əməl etdiyi neytrallıq prinsipini dəyişib.