Fransada polis zorakılığına qarşı nümayişlər başlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, 25 martda süni su hövzələrinin inşasına qarşı keçirilən etiraz aksiyasında yaralanan nümayişçilərə dəstək vermək və ayağa qalxmaq üçün minlərlə insan Paris, Lion, Nant və Lille kimi müxtəlif şəhərlərdə küçələrə axışıb. Nümayişçilər Parisdə meriya qarşısındakı meydana toplaşarkən, nümayişçilərdən bəziləri ara küçələrə dağılıb. Etirazçılar zibil qutularını və barrikadaları yandırarkən polis gözyaşardıcı qazla cavab verib. Lionda keçirilən nümayişdə polislə nümayişçilər arasında gərgin anlar yaşanıb. Parisdə 7, Lionda isə ən azı 2 nümayişçi saxlanılıb. Minlərlə ekoloq martın 25-də ölkənin Deux-Sevr əyalətinin Sen-Soline kəndində regionda 16 süni su hövzəsinin tikintisinə etiraz olaraq nümayiş keçirib. Rəsmi mənbələr polis və jandarmanın sərt müdaxilə etdiyi nümayişlərdə tərəflər arasında baş verən qarşıdurmada 28 jandarm və 7 nümayişçinin yaralandığını bildirib. Təşkilatçılar isə 200-ə yaxın nümayişçinin yaralandığını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31