Şimal Mərmərə yolu ilə 864 milyon avtomobil hərəkət edib - ÖZƏL

Mərmərə Bölgəsinin yük və tranzit sıxlığını şəhər xaricinə çıxaran Şimal Mərmərə şossesi açıldığı gündən indiyə qədər bu yoldan 864 milyon avtomobildən istifadə edib. "OLAYLAR" trthaber-ə istinadən bildirir ki, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu belə bir açıqlama ilə çıxış edib. O bildirib ki, 398 kilometr uzunluğundakı Şimali Mərmərə şossesinin İstanbulun qərbindəki Kınalıdan başlayıb Sakarya Akyazıya qədər böyük bir ərazini əhatə edir.
Karaismailoğlu, "Magistral yol ilə İstanbul şəhərində və mövcud Boğaziçi körpülərində nəqliyyat sıxlığı azaldı. Nəqliyyat vasitələrinin şəhər trafikinə girmədən yüksək standartlı, fasiləsiz, təhlükəsiz və rahat şəkildə tranzitini təmin etdik. Magistral yolun ətrafdan keçməsi ilə. İstanbul, Kocaeli və Sakaryadakı sənaye zonalarının magistral yola birbaşa çıxışını təmin edildi" deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31