ABŞ Senatı Türkiyə və Suriyaya dəstək qanun layihəsini təsdiqləyib- ÖZƏL

Olaylar.az  xəbər verir ki, ABŞ Senatı zəlzələ fəlakəti ilə əlaqədar Türkiyə və Suriyaya dəstək layihəsini qəbul edib. Qətnamə layihəsində iki ölkənin yenidənqurma səylərinə dəstək tələb olunurdu. ABŞ Konqresi Türkiyə və Suriyada zəlzələ fəlakətindən zərər çəkənlərə dəstəyin göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Fevralın 16-da təqdim edilən qərar layihəsində zəlzələlərdə çoxlu sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi xatırladılıb. Senatorlar ABŞ hökumətini iki ölkənin yenidənqurma səylərini dəstəkləməyə çağırıblar. Hökumətə axtarış-xilasetmə və yanğınsöndürmə qrupları, struktur mühəndisləri, tibb personalı və təchizat və texniki ekspertlərdən dəstək verməyə dəvət edilib. Demokrat Partiyasının təqdim etdiyi layihədə iki ölkə xalqına başsağlığı verilib. Həmrəylik mesajı verildi. 1939-cu ildən bəri ən güclü zəlzələlərin Türkiyədə baş verdiyi qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31