Stoltenberq: İsveçin NATO-ya üzvlüyünə nail olacağam
31 Mart 2023 13:38 DünyaMəqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidən sonra və iyulun 11-də keçiriləcək sammitdən əvvəl ratifikasiya etməkdir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, İsveç Türkiyədə keçiriləcək seçkidən sonra NATO-ya üzv olmaq üçün hələ də "yaşıl işıq" yandıra bilər:
"Məqsədim Türkiyədəki seçkidən sonra, amma Vilnüsdəki sammitə qədər İsveçin ratifikasiyasına nail ola bilməkdir".
Stoltenberq son nəticədə qərarın Ankaranın üzərinə düşdüyünü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31