Ukraynaya 12 sərnişin qatarı VERİLƏCƏK

Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Norveçin nəqliyyat naziri Yon-İvar Nyuqarda deyib.

O bildirib ki, Ukraynanın öz nəqliyyat infrastrukturunu bərpa və inkişaf etdirməsi, həm ölkədə mühüm sosial funksiyaların dəstəklənməsi, eləcə də azad Ukraynanın Avropa ilə əlaqələri üçün effektiv tədarük zəncirini yaratması çox vacibdir.

Nazirin sözlərinə görə, bu yardım kiçik, lakin çox mühüm töhfədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31