Makronu fitə basdılar - VİDEO
30 Mart 2023 21:23 DünyaFransanın Hautes-Alpes əyalətinin Savines-le-Lak kəndində etiraz aksiyası keçirən nümayişçilər Prezident Emmanuel Makronun kortejini fitə basıblar.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları oturaq aksiya keçirib, Makrona qarşı müxtəlif şüarlar səsləndirib və prezidentin korteji keçərkən onu fitə basıblar.
Makronun hansı məqsədlə sözügedən kəndə səfər etdiyi açıqlanmır.
Qeyd edək ki, Fransada uzun müddətdir hökumətin pensiya islahatlarına qarşı geniş etiraz aksiyaları keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31