İsrailin Nyu-Yorkdakı baş konsulu VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI
30 Mart 2023 18:37 DünyaDaha əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir dərhal vəzifəsindən azad edilib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Əli Koen Tvitter səhifəsində yazıb.
"Asəf Zamir Tvitterdə istefasını elan edib, lakin qeyri-müəyyən müddətə qədər vəzifədə qalmaq istəyib. Dərhal onu işdən kənarlaşdırmaq qərarına gəldim.
Siyasi partiyalardan birinin tərəfində olan diplomat bir gün də İsrail dövlətini təmsil edə bilməz. Gələcək fəaliyyətində uğurlar...", - deyə Ə.Koen bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31