Hərbi komissarlığı yandırmağa cəhd etdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, hərbi komissarlığı yandırmağa cəhd edən Krım sakini 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona 70 min rubl da cərimə kəsilib. Müttəhim ilk üç ilini həbsxanada, qalan müddətini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Bundan əvvəl Nijni Tagildə 67 yaşlı yerli sakin hərbi komissarlığın binasını yandırmağa cəhd edib.  Mənbənin bildirdiyinə görə, Bajov küçəsində yerləşən hərbi komissarlığa yaşlı rus qadın bir şüşə aseton, cuna və molotov kokteyli olan iki plastik qab gətirib. Təqaüdçü cuna parçasına aseton səpərək onu yandırmağa çalışsa da, bu zaman ərazidə patrul xidməti göstərən polis onu görüb. Həbsdən sonra rusiyalı qadın bank işçisinin davamlı zəngləri səbəbindən cinayət törətmək qərarına gəldiyini bildirib. Onun sözlərinə görə, naməlum şəxs onu atəş açmağa məcbur edib və ona alışdırıcı qarışığın necə hazırlanacağını addım-addım söyləyib. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31