Rusiya ABŞ-a raket buraxılışı ilə bağlı könüllü bildirişləri davam etdirəcək - ÖZƏL

"Yeni START Müqaviləsi çərçivəsində hər cür məlumat mübadiləsi Moskva tərəfindən dayandırılıb, lakin Rusiya tərəfi könüllü olaraq raket buraxılışları barədə ABŞ-ı xəbərdar etməyə davam edəcək".

Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Siyasi və hüquqi nöqteyi-nəzərdən vəziyyət elədir ki, biz Strateji Silahların Azaldılması Müqaviləsinə uyğun olaraq hər cür məlumat mübadiləsini, eləcə də yoxlamanın digər elementlərini dayandırmışıq. Lakin hələ fevral ayında bildirildiyi kimi, Rusiya Federasiyası könüllü əsasda strateji nüvə silahlarına dair müqavilə ilə müəyyən edilmiş mərkəzi kəmiyyət hədlərinə əməl edəcək, həmçinin raket buraxılışları ilə bağlı qarşılıqlı bildirişlər haqqında 1988-ci il sazişinə riayət etməyə davam edəcək", - nazir müavini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31