Yüzlərlə alim imza toplayır: Süni intellekti dayandırın- ÖZƏL
30 Mart 2023 15:32 DünyaOlaylar.az xəbər verir ki, İlon Mask da daxil olmaqla mindən çox mütəxəssisin imzaladığı süni intellektə (AI) qarşı məktubda süni intellekt modellərinin hazırlanmasında yarışın riskləri barədə xəbərdarlıq edilir və fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunur. Məktubda qeyd edilir ki, "Güclü süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir. Əgər bu fasilə tez bir zamanda tənzimlənə bilmirsə, hökumətlər müdaxilə etməli və dayandırmağa başlamalıdır".
Mask uzun müddətdir ki, süni intellektin təhlükələri barədə xəbərdarlıq edərək, maşın intellektinin insanları geridə qoyacağı nöqtənin 2025-ci ildə gələcəyini və insanların superkompüterlərin ev heyvanlarına çevrilmə riski ilə üzləşəcəyini proqnozlaşdırıb.
Məktubu imzalayanlar arasında Apple-ın həmtəsisçisi Stiv Voznyak və transhumanist tarixçi Yuval Noah Harari kimi tanınmış adlar da var.