Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərləndi
30 Mart 2023 13:36 DünyaQırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə TASS-a Respublika Səhiyyə Nazirliyindən məlumat verilib.
"Oş vilayətinin Kara-Suy rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin Mərkəzi Aparatının nümayəndəsi deyib.
Onun məlumatına görə, zərərçəkmişlərə ilkin diaqnoz qoyulub - zəhərlənmə.
Zəhərlənmənin hansı səbəbdən baş verdiyi mütəxəssislər tərəfindən müəyyən olunur. Müvafiq analizlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31