Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatara hücum cəhdi olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Məlumata əsasən, hücum cəhdi Böyük Britaniyanın paytaxtı Londonda olub.
Digər təfərrüatlar barədə məlumat verilmir.