Finlandiyanın NATO-ya üzv olması MÜZAKİRƏ EDİLƏCƏK

Martın 30-da Türkiyə parlamenti Finlandiyanın Şimali Atlantika Müqaviləsinə (NATO) üzvlüyü ilə bağlı Protokolun təsdiqi üzrə qanun layihəsini müzakirə edəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiyasının sədrinin müavini Yılmaz Tunç deyib.

Qeyd edək ki, müvafiq qanun layihəsi martın 23-də Türkiyə parlamentinin xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31