"Müdafiəçilərimiz şəhəri cəsarətlə qoruyur"

Rusiya qoşunları Baxmut şəhərinə hücum etməyə davam edir və qismən uğur əldə ediblər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

"Baxmut istiqamətində düşmən qismən müvəffəqiyyətlə Baxmut şəhərinə hücum əməliyyatlarını davam etdirir. Bununla belə, müdafiəçilərimiz şəhəri cəsarətlə qoruyur, düşmənin çoxsaylı hücumlarını dəf edirlər", - Baş Qərargahın məlumatında deyilib.

Qeyd olunur ki, gün ərzində düşmən Donetsk vilayətinin Orexovo-Vasilyevka bölgəsində uğursuz hücum əməliyyatları keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31