Türkiyədə zəlzələ baş verib
29 Mart 2023 21:04 DünyaTürkiyənin Adana şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Saimbeyli rayonunda, ocağı isə 9,38 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31