Rusiya və Çin ABŞ-a yer olmayan yeni dünya nizamı yaradır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Əgər Rusiya və Çin öz planlarını həyata keçirə bilsələr, o zaman yeni dünya düzənində ABŞ-a yer qalmaya bilər, deyə The Washington Times yazır. "Əgər iki qüdrət öz yolunu tutsa, o zaman ABŞ nəinki danışıqlar masasının başında durmayacaq, hətta ən sonunda yer də ala bilməyəcək". 

Nəşr yazır ki, ABŞ-ın 2021-ci ildə Əfqanıstandan geri çəkilməsi, həmçinin prezident Co Baydenin Rusiya rəhbəri Vladimir Putinlə bağlı qeyri-müəyyən xarici siyasəti Vaşinqtonun tənəzzülünün bariz göstəricisidir. Jurnalistlər qeyd edirlər ki, Moskva ilə Pekin arasında münasibətlərin möhkəmlənməsi Rusiyanın valyuta ehtiyatlarının 17%-ə qədərini yuana çevirməsinə səbəb olub. Pekin də Vaşinqtonun zəifliyini hiss edir, ona görə də Çin Səudiyyə Ərəbistanı kimi əvvəllər ABŞ-ı rədd edən ölkələrlə dostluq axtarır. Nəşr belə qənaətə gəlir ki, Amerika lideri "çaşqınlıq" edərkən Rusiya Federasiyası və Çin Vaşinqtona yer olmayan yeni dünya nizamı qurmaq niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31