Ərdoğan: Türkiyəyə hücumlardan əl çəkmirlər
29 Mart 2023 14:39 DünyaTürkiyənin dörd yanında siyasi böhranlar, qarşıdurmalar, müharibələr, gərginliklər səngimir. Ölkəmiz hər qlobal böhranın təsir mərkəzindədir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Millətimizlə minlərlə illik hesablaşmalarını hələ də bitirməmiş cəmiyyət və dövlətlər bu torpaqların sahibinin Türkiyə olduğunu qəbullanmaq istəmir. Artıq heç kimin Birinci Dünya müharibəsi və İstiqlaliyyət savaşında olduğu kimi, birbaşa vətənimizə hücum etməyə cəsarətləri çatmaz. Amma terror şəbəkələrindən istifadə edərək siyasi və sosial xaos, iqtisadi tələlər kimi yollarla assimetrik hücumlardan əl çəkmirlər", - dövlət başçısı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31