Rusiyadan Ermənistana növbəti zərbə
29 Mart 2023 11:18 DünyaRusiya Ermənistana qarşı təzyiqlərini artırmaqda davam edir. Bu dəfə "Rosselxoznadzor" Ermənistandan Rusiyaya süd məhsullarının çatdırılmasına dövlət nəzarətinin qeyri-kafi səviyyədə olduğunu təsdiqləyib.
Olaylar.az erməni telegram kanallarına istinadən xəbər verir ki, "Rosselxoznadzor" Ermənistanın baytarlıq xidmətinə yoxlanılan iki müəssisədən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib. Məsləhətləşmələrin nəticələrinə əsasən, Ermənistanın bütün süd emalı müəssisələrindən süd məhsullarının tədarükünə məhdudiyyət qoyulması məsələsinə baxılacaq.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31